“Oskar” mükafatlı rejissor və prodüser Con Korti vəfat edib.
APA NTV-ə istinadən xəbər verir ki, məşhur amerikalı rejissor Con Korti 85 yaşında Kaliforniyadakı evində dünyasını dəyişib.
Qeyd edək ki, "Go Ask Alice" və "The Autobiography of Miss Jane Pittman" kimi televiziya filmləri ilə uğur qazanan məşhur rejissor "Oskar" və "Emmi" mükafatlarına layiq görülüb.