86 yaşlı Litva aktyoru, keçmiş SSRİ-nin Xalq artisti Reqimantas Adomaytis vəfat edib.
APA-nın LRT-yə istinadən verdiyi xəbərə görə, məlumatı aktyorun yaxınları təsdiqləyib.
O, 1937-ci ildə Litvanın Şyaulyay şəhərində anadan olub.
Reqimantas Adomaytis “Heç kəs ölmək istəmirdi”, “Amerika faciəsi”, “Amfibiya adam” kimi filmlərdə çəkilib.