Bank Of Baku

Arif Qazıyev Nardaran qəbiristanlığında dəfn olunacaq - YENİLƏNİB

Arif Qazıyev

© APA | Arif Qazıyev

# 25 fevral 2022 04:35 (UTC +04:00)

Ötən gün dünyasını dəyişən televiziya rejissoru, ssenarist Arif Qazıyevlə vida mərasimi bu gün saat 12:00-da Təzə Pir məscidində baş tutacaq.

Bu barədə APA-ya mərhumun bacısı oğlu Mətləb Nəcəfov məlumat verib.

O bildirib ki, rejissor Nardaran qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

***

24.02.2022

Saat 20.15

Azərbaycanda televiziya rejissoru, ssenaristi Arif Qazıyev bu gün 83 yaşında vəfat edib.

Bu barədə APA-ya mərhumun bacısı oğlu Mətləb Nəcəfov məlumat verib.

Qeyd edək ki, rejissor 1938-ci ildə anadan olub.

Arif Qazıyev "Şöhrət" ordeni ilə təltif olunub, 2017-ci ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR