Bakı Dövlət Sirkində texniki nasazlıqlara görə tədbirlərin keçirilməsi dayandırılıb

# 10 yanvar 2024 15:01 (UTC +04:00)


Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri paytaxtın iritutumlu mədəniyyət müəssisələrindən olan Bakı Dövlət Sirkinə baxış keçirib.

Bu barədə APA-ya Sirkdən bildirilib.

Qeyd edilib ki, binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər qeyd olunub.

“Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə müvafiq tapşırıqlar verilib. Yanvarın 7-dən sirkin fəaliyyəti müvəqqəti dayandırılıb. Binada işlər yekunlaşdırıldıqdan sonra sirk yenidən qapılarını tamaşaçılara açacaq”, - məlumatda deyilir.

Qeyd edək ki, Bakı Dövlət Sirki SSRİ dövründə tikilən unikal memarlığa malik bu binada 1967-ci ildən fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR