Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil edilib - FOTO

Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil edilib - FOTO
# 24 iyun 2024 12:23 (UTC +04:00)

Bakı Xoreoqrafiya Akademiyasında media mənsublarınının iştirakı ilə infotur təşkil edilib.

APA xəbər verir ki, infotur zamanı ölkənin tanınmış mədəniyyət xadimləri və bir qrup media mənsubu Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə şagirdlərin növbəti imtahan mərhələsini izləyiblər.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov və mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov imtahan prosesi barədə iştirakçılara məlumat verib.

Qeyd olunub ki, bu il vətəndaşların rahatlığı üçün ilk dəfə olaraq imtahanlar mərkəzləşdirilmiş şəkildə həyata keçirilir.

20-30 iyun tarixlərini əhatə edən imtahan mərhələsi paytaxt üzrə Bakı Xoreoqrafiya Akademiyasında təşkil olunur. İyunun 20-dən başlayaraq ilk dəfə vahid elektron qəbul sistemi ilə qeydiyyatdan keçmiş namizədlər əyani şəkildə reallaşan qəbul imtahanlarında iştirak edirlər.

Bu mərhələdə ümumilikdə 16 mindən çox namizəd bilik və qabiliyyətini nümayiş etdirəcək. Onlardan 4 mindən çoxu Bakı şəhərinin payına düşür.

Qeyd edək ki, imtahanın nəticəsi barədə bütün imtahanlar yekunlaşdıqdan sonra 3 (üç) iş günü ərzində şəxsi kabinet, elektron poçt və ya SMS məlumatlandırma xidməti vasitəsilə namizədə (18 yaşa çatmayanların valideyninə və ya qanuni nümayəndəsinə) bildiriş göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR