Bank Of Baku

Bakıda fransız fotoqraf Pol Nadarın sərgisi açılıb - FOTO

Bakıda fransız fotoqraf Pol Nadarın sərgisi açılıb - FOTO
# 17 dekabr 2021 19:09 (UTC +04:00)

Bakıda məşhur fransız fotoqraf Pol Nadarın sərgisi açılıb.

APA-nın xəbərinə görə, sərginin açılışında çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, bu sərgi Azərbaycan-Fransa arasında mədəni əlaqələr çərçivəsində təşkil olunub.

O bildirib ki, müxtəlif illərdə Azərbaycanda Fransa sərgiləri təşkil olunub, Fransanın məşhur muzeylərindən eksponatlar Azərbaycanda nümayiş olunub.

"Azərbaycanın zəngin tarixi mədəni irsi xarici səyyahların hər zaman diqqətini cəlb edib. Pol Nadarın sərgisi də bunu deməyə əsas verir", - deyə nazir müavini qeyd edib.

O bildirib ki, bu sərgidə 70-dək foto nümayiş olunacaq.

"Bu cür layihələr ümid edirəm ki, iki ölkə arasında mövcud mədəni əlaqələrin inkişafına töhfə verəcək", - deyə Sevda Məmmədəliyeva qeyd edib.

Nazir müavini sərginin təşkilinə görə, Fransa səfirliyinə təşəkkür edib.

Daha sonra açılış mərasimində Fransanın Azərbaycandakı səfiri Zakari Qross çıxış edib.

Fransalı diplomat məşhur fotoqraf Nadarın yaradıcılığı barədə danışıb. Z. Qross bildirib ki, Pol Nadar Qafqaza və Daşkəndə səfərində 1000-ə qədər fotoşəkil çəkib ki, bu gün bu əsərlər Parisdə saxlanılır.

"Bu fotolar bizə imkan verir ki, bizi gözəl Bakını bir fransızın gözləri ilə görək. Ümid edirəm bu fotolar sizlərin xoşuna gələcək. İnanıram ki, bu sərgi vasitəsilə mədəni sahədə əlaqələrimiz inkişaf edəcək, bu sahədə əməkdaşlıq imkanları meydana çıxacaq", deyə səfir bildirib.

Sərginin kuratoru Könül Rəfiyeva sərgi barədə qonaqları məlumatıandırıb.

Qeyd edək ki, sərgi 15 fevral 2022-ci il tarixinədək Azərbaycan Milli İncəsənət Muzeyində davam edəcək. Bu sərgi Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransız İnstitutu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyi arasında birgə əməkdaşlıq çərçivəsində keçirilir. Sərgi Fransa Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Memarlıq və İrs Multimedia Kitabxanasının dəstəyilə keçirilir.

Sərgidə təqdim edilən onlarla fotoşəkil Fransa Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Memarlıq və İrs Multimedia Kitabxanasının foto arxivində saxlanılan orijinal neqativlərinin müasir çaplarıdır ki, onlar sərgi çərçivəsində üç tematik hissəyə bölünmüşdür: “Dahilərin portretləri”, “Bakı”, “Türküstana səyahət”.

Pol Nadarın fotoşəkilləri XIX əsrin sonlarında Azərbaycanın paytaxtı haqqında böyük əhəmiyyət kəsb edən sənədli sübutdur. Nadar Bakının unikal memarlıq nümunələrini(Qoşa Qala” qapıları, Müqəddəs Nikolay kilsəsi, Şirvanşahlar Sarayı), dükan və canlı bazarların həyatını, səyyar tacirləri, yerli əhalini, şəhər cəmiyyətini, ailələri, uşaqları lentə alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR