Bank Of Baku

Bakıda heykəllərin yuyulmasına başlanılıb - FOTO

Bakıda heykəllərin yuyulmasına başlanılıb - FOTO
# 18 aprel 2022 13:20 (UTC +04:00)

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə bu gün “Heykəlləri qoruyaq!” şüarı altında təşkil olunan "Təmiz heykəl" layihəsinə start verilib.

APA xəbər verir ki, Mədəniyyət Nazirliyi, “Bakı Abadlıq Xidməti”, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı və sahə üzrə mütəxəssislərin iştirakı ilə “Təmiz heykəl” adlı layihə həyata keçirilir.

Xurşidbanu Natəvanın heykəlindən başlanan təmizləmə prosesi Nizami Gəncəvi, Mirzə Ələkbər Sabir, Yusif Məmmədəliyev, Hacı Zeynalabdin Tağıyev və Mirzə Fətəli Axundzadənin heykəllərinin və Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidənin yuyulması ilə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR