Bank Of Baku

Bakıda türk dünyası rəssamlarının əsərlərindən ibarət "Tomris" adlı sərgisi nümayiş olunub - FOTO

Bakıda türk dünyası rəssamlarının əsərlərindən ibarət "Tomris" adlı sərgisi nümayiş olunub - FOTO
# 05 mart 2024 20:22 (UTC +04:00)

Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Türk dünyası rəssamlarının əsərlərindən ibarət "Tomris" adlı sərginin təqdimatı keçirilib.

APA xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Mədəniyyəti və Fondu İrsinin Prezidenti Aktotı Raimkulova, eləcə də bir sıra hökumət nümayəndələri, deputatlar, tanınmış rəssamlar, mədəni-ictimai xadimlər və media mənsublar iştirak edib.

Çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova qonaqları salamlayaraq Tomrisin türk dünyası və xalqları üçün vacib kimliyindən bəhs edib:

"Tomris tarixi şəxsiyyət kimi özündə hökmdar, sərkərdə və həm də incə qadın, ana obrazını birləşdirir. Ona görə türk tarixində, mədəniyyətində onun yeri özünəməxsusdur. Ümid edirik ki, sərgi öz rəngarəngliyi ilə sizin zövqünüzü oxşayacaq".

TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda olmaqdan məmnunluğunu ifadə edərək sözügedən sərginin 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etməsini xüsusilə vurğulayıb.

"Tomris haqqında bu günə qədər çox əsər yazılıb, onun kino və teatr sahəsində xarakteri yaradılıb. Bu obraz mədəniyyət mirasımıza zənginlik gətirib. Tomris bu torpaqlarda yaşayıb və türk dünyasının ilk hökmdar qadın ünvanını alıb".

Çıxışlardan sonra sərgi ilə tanışlıq olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR