Bank Of Baku

Cəlil Hüseynovun 65 illiyinə həsr olunan sərgi keçirilib - FOTO

Cəlil Hüseynovun 65 illiyinə həsr olunan sərgi keçirilib - FOTO
# 08 aprel 2022 19:38 (UTC +04:00)

Xalq rəssamı Cəlil Hüseynovun 65 illiyinə həsr olunmuş "Ağ kölgə" adlı sərginin açılış mərasimi keçirilib.

APA xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov rəssamın yaradıcılığından söz açıb:

"Cəlil Hüseynov müasir Azərbaycan incəsənətinin inkişafı və zənginləşməsində xüsusi xidmətləri olan rəssamlardandır. Onun yaradıcılığı həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda tanınır və sevilir. Rəssamın əsərləri ölkəmizdə fəaliyyət göstərən bir çox muzeylərdə və şəxsi kolleksiyalarda qorunub saxlanılır, nüfuzlu sərgilərdə nümayiş etdirilir”.

Nariz Cəlil Hüseynovun əsərlərinin ABŞ, Fransa, Almaniya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Suriya, BƏƏ, Ukrayna və s. ölkələrdə təşkil edilmiş sərgilərdə nümayiş etdirildiyin xatırladıb.

“Cəlil Hüseynov həm də istedadlı pedaqoq kimi təsviri sənətimizin inkişafına, gələcək nəsillərə ötürülməsinə yorulmadan xidmət edir. Əminəm ki, Cəlil Hüseynov hələ uzun illər boyu özünün sənəti və tükənməz yaradıcılıq uğurları ilə bizi sevindirəcəkdir".

Rəssam mədəniyyət nazirliyinin fəxri fərman ilə təltif olunub.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR