Bank Of Baku

Dirijor Kazım Əliverdibəyov vəfat edib

Dirijor Kazım Əliverdibəyov vəfat edib
# 19 dekabr 2022 16:17 (UTC +04:00)

Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublika Prezidentinin fəxri təqaüdçüsü dirijor Kazım Əliverdibəyov vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından bildirilib.

Qeyd olunub ki, Kazım Əliverdibəyov bu gün səhər saatlarında vəfat edib.

K. Əliverdibəyov 1938-ci ildə Bakıda anadan olub, 1958-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, daha sonra Opera və Balet Teatrında dirijor kimi çalışıb.

Mərhumla vida mərasimi 20 dekabr saat 13.00-dan 14.00-dək Təzə Pir məscidində keçiriləcək.

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR