Bank Of Baku

Dövlət Xidməti: Şəmkirdə 2 yeni türbə aşkarlanıb - FOTO

türbə

© APA | türbə

# 01 fevral 2022 16:49 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən qəbiristanlığında 2 ədəd at fiqurlu daş kitabə və 2 ədəd türbə aşkar olunub.

Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda mütəmadi fəaliyyət həyata keçirilir, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektlərin tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınması məsələsinə baxılır.

"Şəmkir rayonunun Qaracəmirli kəndindəki qeyd olunan 2 ədəd at fiqurlu daş kitabə və 2 ədəd türbə isə hazırda yeni aşkar olunmuş abidələr qismində nəzərdən keçirilir", məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR