Bank Of Baku

Dünyaca məşhur pianoçu Riçard Klayderman Bakıya gəlir

Dünyaca məşhur pianoçu Riçard Klayderman Bakıya gəlir
# 27 dekabr 2022 12:08 (UTC +04:00)

Dünya şöhrətli musiqiçi Riçard Klayderman ilk dəfə Bakıya gəlir.

APA xəbər verir ki, sənətçi 7 martda orkestrin müşayiəti ilə Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq.

270 qızıl və 70 platinium mükafata sahib musiqiçi klassik və pop musiqini birləşdirərək yeni romantik üslub yaradıb.

Bu günə qədər o, 1200-dən çox musiqi əsəri yazıb və ümumi tirajı 90 milyon olan 100-dən çox kompakt-diskin sahibidir. Vaxtının böyük hissəsini konsertlərdə keçirən Riçardın 2006-cı ildə əsərlərinin 70 milyon satışı qeydə alınıb.

Riçard Klayderman “Dünyanın ən uğurlu pianoçusu” kimi Ginnesin Rekordlar Kitabına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR