Mədəniyyət Nazirliyinin "Salnamə" film kinostudiyasının istehsal etdiyi Əhmədiyyə Cəbrayılova həsr olunmuş "O, Xarqo idi" sənədli filmi təqdim olunub.
APA-nın xəbərinə görə, sənədli filmin təqdimatı Şəkidə keçirilib. Təqdimat mərasimində Şəki şəhər ictimaiyyət nümayəndələri, Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov da iştirak edib.
Filmin çəkilişləri Bakı, Şəki, Xaçmaz, Paris və Montobanda baş tutub. Filmin ideya müəllifi Şahin Sinaria, ssenarist və rejissoru Tahir Tahiroviç, operatorları Rafiq Əliyev və Patrik Lyodovik, prodüseri isə Nazim Huseynovdur.
Filmdə Əhmədiyyə Cəbrayılov obrazını aktyor İqbal Əliyev canlandırıb.