Bank Of Baku

Əməkdar artist Elşən Çarhanlı vəfat edib

Elşən Çarhanlı

© APA | Elşən Çarhanlı

# 20 dekabr 2021 23:27 (UTC +04:00)

Gənc tamaşaçılar teatrının aktyoru, Əməkdar artist Elşən Çarhanlı vəfat edib.

Bu barədə APA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aktyor bir neçə saat öncə qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Elşən Şıxəliyev (Çarhanlı) 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib.

Həmin ildən təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb.

1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR