Bu gün “Park Cinema Alov qüllələri”ndə Belçika səfirliyinin təşkilatçılığı ilə “Emma Peeters” filmi nümayiş olunub.
APA-nın məlumatına görə, filmin nümayişindən öncə Belçika Krallığının ölkəmizdəki səfiri Mişel Pitermans çıxış edib.
M.Pitermans film haqqında ətraflı məlumat verib. O, səfirliyin təşkilatçılığı ilə nümayiş olunan filmə maraq göstərdikləri üçün tamaşaçılara təşəkkür edib.
Qeyd edək ki, film aktrisa olmaq istəyən Emmanın həyatından bəhs edir. Filmin rejissoru Nikol Palodur.