Bank Of Baku

Fikrət Əmirova həsr olunmuş kitab və məcmuə təqdim edilib

Fikrət Əmirova həsr olunmuş kitab və məcmuə təqdim edilib
# 23 dekabr 2022 15:43 (UTC +04:00)

Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə nəşr edilən “Fikrət Əmirov. Biblioqrafiya” kitabının və Fikrət Əmirovun “Qaboy və fortepiano üçün altı pyes” not məcmuəsinin təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, təqdimat mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, görkəmli musiqişünaslar və incəsənət adamları iştirak edib.

Xalq artisti Eldar Mansurov Fikrət Əmirovun Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb: "Onu Azərbaycanda tanımayan yox idi. İndinin özündə belə o, yaşayır, tanınır. Fikrət Əmirov o sənətkarlardandır ki, Azərbaycandan kənarda da daima xatırlanır, musiqi ilə yaşayır".

Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova Fikrət Əmirovun novatorluq xüsusiyyətlərindən danışıb: "Fikrət Əmirov yaradıcılığındakı bütün janrları fərqliliyə seçilir. Bizim görkəmli bəstəkarlarımız çoxdur. Amma dahilər azdır. Dahi Üzeyir Hacıbəyov idi, ondan sonra Fikrət Əmirov və Qara Qarayev bu adın haqqını verir. Çünki bu adamlar öz yollarını və öz üslublarını yaradıblar".

Daha sonra tədbir iştirakçıları Fikrət Əmirov yaradıcılığı və nəşr olunan kitab və məcmuə barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, kitab və məcmuə "Azərbaycanın Görkəmli Şəxsiyyətləri” seriyası üzrə nəşr olunub. Bu seriya Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR