Bank Of Baku

“Fokus” jurnalının nəşri bərpa olunur

"Fokus" jurnalı

© APA | "Fokus" jurnalı

# 30 dekabr 2021 10:59 (UTC +04:00)

Gənc Film İstehsalçıları Assosiasiyasının nəşri olan “Fokus” analitik kino jurnalı yanvar ayında yenidən dərc olunacaq.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Assosiasiya ilə bağlanan müqaviləyə əsasən, nazirlik jurnalın növbəti 4 nömrəsinin nəşrini maliyyələşdirəcək. Həmçinin Azərbaycan Kinematoqrafçılar İttifaqı da jurnalın nəşrinə dəstək göstərir.

Yanvar ayının ortalarında işıq üzü görəcək jurnalın konsepti olduğu kimi qalacaq.

Qeyd edək ki, kino jurnalı 2009-2012-ci illərdə fasilələrlə nəşr olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR