Gəncə Dövlət Filarmoniyası “Xalqın mədəni sərvəti” layihəsinə başlayıb - FOTO

Gəncə Dövlət Filarmoniyası “Xalqın mədəni sərvəti” layihəsinə başlayıb - FOTO
# 09 yanvar 2024 11:39 (UTC +04:00)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Xalqın mədəni sərvəti” layihəsinə start verib.

Filarmoniyadan APA-ya verilən xəbərə görə, layihə çərçivəsində Azərbaycanın görkəmli bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirovun əsərlərindən ibarət “Musiqi paradı” keçirilir.

İlk dəfə keçirilən layihənin birinci günü Gəncə Mall-da Gəncə şəhərində fəaliyyət göstərən Fikrət Əmirov adına 1 nömrəli UMM, Telman Hacıyev adına 2 nömrəli UMM və Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin şagirdləri Fikrət Əmirovun əsərlərini ifa ediblər.

Qeyd edək ki, 15 yanvar tarixinədək baş tutacaq layihə Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR