Gəncə Filarmoniyasında Azər Zeynalovun konserti olacaq

Gəncə Filarmoniyasında Azər Zeynalovun konserti olacaq
# 22 yanvar 2024 16:56 (UTC +04:00)

Gəncə Dövlət Filarmoniyasında Xalq artisti, professor Azər Zeynalovun “Gəncəyə gəlirəm” adlı solo konserti keçiriləcək.

Filarmoniyadan APA-ya verilən xəbərə görə, 21 aprel saat 19:00-da keçiriləcək gecədə sənətçi sevilən ifalarını onu sevənlərə təqdim edəcək.

Qeyd edək ki, Xalq artisti Azər Zeynalov solo konsert ilə Gəncədə ilk dəfə çıxış edəcək.

Biletləri Gəncə Dövlət Filarmoniyasının kassalarından və iticket.az saytından əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR