"Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsinin ikinci hissəsi çəkilir.
Bu barədə APA-ya “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.
Qeyd olunub ki, hazırda çəkilişlərinə başlanan silsilənin ikinci hissəsində “Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi”, “Dövlət Təhlükəsizliyi Xidməti”, “Mülki həkimlər”, “Hərbi həkimlər” və “Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu” adlı sənədli filmlər yer alır.
"Filmlərin süjet xəttində xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsi və əldə etdiyimiz qələbədə müzəffər ordumuzla yanaşı onu dəstəkləyən digər birliklər, qüvvələr və böyük fədakarlıq göstərən əsgər və zabitlərimizi ölümün pəncəsindən alıb həyata qaytaran tibb işçilərindən bəhs edilir, - məlumatda deyilir.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan layihə “Azərbaycanfilm” və “İctimai TV”nin birgə istehsalıdır.