Bank Of Baku

Heydər Əliyev Sarayında “Koroğlu” operası nümayiş olunub

Heydər Əliyev Sarayında “Koroğlu” operası nümayiş olunub
# 24 sentyabr 2026 22:10 (UTC +04:00)

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş etdirilib.

APA xəbər verir ki, əsər Heydər Əliyev Sarayının səhnəsində oynanılıb.

Operanın musiqi rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olub. Quruluşçu rəssamlar SSRİ Xalq rəssamı Tahir Salahov və Əməkdar mədəniyyət işçisi Tehran Babayev, quruluşçu baletmeyster isə SSRİ Xalq artisti Qəmər Almaszadədir.

Tamaşada Koroğlu obrazını Xalq artisti Samir Cəfərov canlandırıb. Nigar rolunda Fatimə Cəfərzadə, Həsən xan rolunda Taleh Yahyayev çıxış ediblər.

Səhnə əsərində həmçinin Fəhmin Əhmədli (Ehsan paşa), Nazim Mahmudov (İbrahim xan), Əməkdar artist Tural Ağasıyev (Həmzə bəy), Xalq artisti Əkrəm Poladov (Alı), Əməkdar artist Əliəhməd İbrahimov (Təlxək və Carçı), Mirəli Sarızadə (Polad), Nəzər Bəylərov (Eyvaz), Xalq artisti Gülyaz Məmmədova (Xanəndə qız) və digər sənətçilər iştirak ediblər.

Qeyd edək ki, Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Festival dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılıq irsinin təbliği məqsədi daşıyır. Tədbirlər çərçivəsində ölkənin müxtəlif mədəniyyət ocaqlarında konsertlər, tamaşalar və musiqi proqramları təqdim olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR