Dünyanın ən böyük kino məlumat bazası olan Internet Movie Database (IMDb) 2021-ci ilin ən çox baxılan film və seriallarının reytinqlərini dərc edib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, filmlər arasında lider Denis Vilnevin “Dune” filmi olub.
Seriallar arasında isə “WandaVision” birinci yerdə qərarlaşıb.
"Dune" ilə yanaşı siyahıda “İntihar Qrupu” "Əbədi", "Mortal Kombat" kimi ekran işləri də yer alır. Seriallar arasında isə “Loki”, "Kalmar oyunu", "Kölgə və Sümük", "Kobra Kai" kimi seriallar fərqlənib.