Məşhur ispan aktrisa Marqarita Lozano 91 yaşında vəfat edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, aktrisa bu gün evində dünyasını dəyişib.
M.Lozano karyerası ərzində bir çox dünyaca məşhur filmlərdə rol alıb. 1961-ci ildə o, Luis Bunuelin "Viridiana" filmində, ardınca Serco Leonenin "Bir yumruq dollar" (1964) və Pyera Paolo Pazolininin "Donuz balığı" (1969) filmlərində rol alıb.