Bank Of Baku

İspaniyalı aktrisa Veronika Forke intihar edib - VİDEO

Veronika Forke

© APA | Veronika Forke

# 13 dekabr 2021 19:02 (UTC +04:00)

Rejissor Pedro Almodovarın çəkdiyi "Kika" filmindəki baş rolu ilə tanınan 67 yaşlı ispaniyalı aktrisa Veronika Forkenin meyiti Madriddəki evində tapılıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları Forkeni xilas edə bilməyiblər.

Aktrisanın intihar etdiyi güman edilir.

Fork üç dəfə "Qoya" mükafatını qazanıb. 1986-cı ildə o, bu mükafatı Fernando Truebanın “Oyanış ili” filmindəki roluna, 1988-ci ildə Fernando Kolomonun "Şən həyat” filmindəki baş rola görə alıb. 1993-cü ildə ispaniyalı aktrisa "Kika" filmində ən yaxşı qadın roluna görə bu mükafatı qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR