Xalq artisti Kamil Cəlilovun dəfn olunacağı yer dəyişdirilib.
Bu barədə APA-ya mərhumun qızı Gülşən Cəlilova bildirib.
Onun sözlərinə görə, atası II Fəxri xiyabanda dəfn olunacaq. Dəfn mərasimi bu gün saat 18:00-da keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl ailəsi K.Cəlilovun Bilgəhdə həyat yoldaşının yanında dəfn ediləcəyini bildirmişdi.
***
12.57
Xalq artisti Kamil Cəlilov Bilgəhdə dəfn olunacaq.
Bunu APA-ya açıqlamasında qızı Gülşən Cəlilova bildirib.
O, mərhum qaboy ifaçısı Kamil Cəlilovun öz vəsiyyəti ilə həyat yoldaşının yanında dəfn ediləcəyini deyib.
Dəfn bu gün günorta saatlarında baş tutacaq.