Bank Of Baku

Kamil Cəlilov vəfat edib - VİDEO

Kamil Cəlilov

© APA | Kamil Cəlilov

# 23 fevral 2022 10:05 (UTC +04:00)

Azərbaycanın Xalq artisti, qoboy ifaçısı, bəstəkar və pedaqoq Kamil Cəlilov 84 yaşında vəfat edib.

Bu barədə APA-ya jurnalist Əli Novruzəliyev məlumat verib.

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan Kamil Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1977-ci ildə onun balaban ilə çaldığı ilə "Muğam" ("Çahargah ahəngi") adlanan kompozisiyası Voyacer qızıl plastinkasına daxil olub. Həmin plastinka “Voyacer 1” kosmik gəmisində kosmosa göndərilib.

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR