Bank Of Baku

Kinomatoqrafçılar İttifaqı “Oskar”a təqdim olunacaq filmlərin qəbuluna başlayıb

Kinomatoqrafçılar İttifaqı  “Oskar”a təqdim olunacaq filmlərin qəbuluna başlayıb
# 07 sentyabr 2021 13:12 (UTC +04:00)

Azərbaycandan “Oskar” mükafatına təqdim olunacaq filmlərin qəbulu başlayıb.

Bu barədə APA-ya Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Bildirilib ki, avqustun 30-da Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimatı üzrə komissiyanın növbəti iclası keçirilib.

Professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi komissiyanın iclasında 2020 – 2021-ci illərdə xarici filmlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserlər tərəfindən adı çəkilən komissiyaya 1 nüsxə DVD formatında təqdim olunması qərara alınıb.

Qeyd edək ki, filmlər komissiyaya sentyabrın 20-dək təqdim olunmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR