"Mədəni İrs" Forumunda ölkəmizdə bərpaçı rəssamların azlığı və muzeylərə göndərilən mütəxəssislərin bir qisminin qeyri-professional olması müzakirə edilib.
APA xəbər verir ki, Azərbaycan Milli Tarix Muzeyinin baş direktoru Nailə Vəlixanlı Azərbaycan Rəssamlıq Akademiyasında bu istiqamətdə hansı işlərin aparılması sualı ilə çıxış edib.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev suala cavab olaraq bildirib ki, bərpaçı rəssamın professional formada yetişməsi üçün maddi-texniki baza lazımdır: "Bunun üçün müasir avadanlıqlara ehtiyac var. Mən deyə bilərəm ki, sual olunan məsələnin həlli üçün iş gedir, lazımi addımlar atılır. Amma bu, bir ayın, beş ayın işi deyil. Bizə zaman lazımdır".