Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub

Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub
# 06 noyabr 2023 17:02 (UTC +04:00)

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov vəzifəsindən ayrılıb.

APA xəbər verir ki, o, sözügedən vəzifədən ayrılması barədə özünün sosial media hesabında məlumat paylaşıb.

Mədəniyyət Nazirliyi APA-ya Vüqar Hümbətovun vəzifəsindən ayrılmasını təsdiqləyib. Onun yerinə bu vəzifəyə Sara Timovora təyin edilib. O əvvəllər İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR