Bank Of Baku

"Mərmər soyuğu" filmi "16-cı Eurasia Beynəlxalq Film Festivalı"nda mükafat qazanıb - FOTO

"Mərmər soyuğu" filmi "16-cı Eurasia Beynəlxalq Film Festivalı"nda mükafat qazanıb - FOTO
# 18 dekabr 2022 16:01 (UTC +04:00)

"Mərmər soyuğu" filmi Qazaxıstanın Almatı şəhərində keçirilən "16-cı Eurasia Beynəlxalq Film Festivalı"nda mükafat qazanıb.

APA xəbər verir ki, filmin rejissoru Asif Rüstəmov "Ən yaxşı rejissor" nominasiyasının qalibi olub.

Xatırladaq ki, bundan öncə film "PÖFF Tallinn Black Nights” festivalında da mükafat qazanıb. Xalq artisti Qurban İsmayılov filmdəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında qalib gəlib.

Qeyd edək ki, filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və niderlandlı həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur.

Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.

Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR