Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Qadın gülərsə..." adlı tədbir baş tutub.
APA-nın xəbərinə görə, tədbirdə bir sıra mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Elnur Əliyev Azərbaycan qadını və onun kimliyindən söz açıb:
"Düşünürəm ki, qadın anlayışı olmasa, gözəllik olmaz, incəlik olmaz, zəriflik olmaz, məlahətlilik, mərhəmətlilik olmazdı. Mən sizə təşəkkür edirəm ki, sizlər Azərbaycan qadınısınız. Çünki Azərbaycan qadını olmasaydı, şeirlər yazılmazdı, dastanlar yazılmazdı, gözəlliklər yaranmazdı. Azərbaycan qadınının varlığı həm də Azərbaycan mədəniyyətinin varlığı deməkdir".
Daha sonra tədbir rəngarəng konsert proqramı ilə davam edib.