Bank Of Baku

Nazir Əlibaba Məmmədovu evində ziyarət edib

Nazir Əlibaba Məmmədovun evində

© APA | Nazir Əlibaba Məmmədovun evində

# 08 fevral 2022 12:45 (UTC +04:00)

Mədəniyyət naziri Anar Kərimov Xalq artisti, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli xanəndə Əlibaba Məmmədovu evində ziyarət edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Ə.Məmmədovu doğum günü münasibətilə təbrik edən A.Kərimov, ifaçının Azərbaycan incəsənətində xüsusi rolunu vurğulayıb, onun mahnılarının dillər əzbəri olduğuna diqqət çəkib.

Ə.Məmmədovun yetişdirdiyi tələbələrin bu gün də Azərbaycan muğam sənətinin gələcək nəsillərə ötürülməsində birbaşa iştirak etdiyini vurğulayan nazir ona möhkəm can sağlığı arzularını çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR