Ermənilərin İkinci Qarabağ müharibəsi ilə bağlı istehsal etdiyi filmlərin qatıldığı festivallar ciddi festivallar deyil.
APA xəbər verir ki, bunu Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov jurnalistlərə açıqlamasında deyib.
Rüfət Həsənov festivalların kateqoriya fərqinə diqqət çəkib: "Film A kateqoriyalı festivalda iştirak etmirsə, ondan danışmağa dəyməz. Ən yaxın zamanda sizə Vaqif Mustafayevin "Həyət, deyəsən, gözəldir" filminin nüfuzlu festivalda nümayişi barədə şad xəbər verəcəyik".