Bank Of Baku

Notr-Dam kilsəsinin qəsdən yandırılması barədə dəlil tapılmayıb

Paris Notr-Dam kilsəsi

© APA | Paris Notr-Dam kilsəsi

# 16 mart 2022 13:33 (UTC +04:00)

Fransalı müstəntiqlər Parisdəki Notr-Dam kilsəsində baş verən yanğının səbəbini araşdırarkən qəsdən yandırmağa dair heç bir dəlil tapmayıblar.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Le Parisien” qəzeti yazıb.

Qəzet yazır ki, bir neçə ekspertizanın nəticələri hələ gözlənilsə də, istintaq rəsmən başa çatıb.

Qeyd edək ki, 2019-cu il aprelin 15-i, axşam saatlarında Notr-Dam kilsəsində güclü yanğın baş verib. İstintaq müəyyən etdiyi kimi, yanğın şpill sahəsində baş verib, ondan bir neçə saat əvvəl orada təmir işləri aparılıbmış. 15 saatdan çox davam edən yanğın yalnız ertəsi gün səhər saatlarında söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR