Qənirə Paşayevanın Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi sənədli filmin təqdimatı keçirilib - FOTO

Qənirə Paşayevanın Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi sənədli filmin təqdimatı keçirilib - FOTO
# 03 noyabr 2023 21:01 (UTC +04:00)

Mərhum millət vəkili Qənirə Paşayevanın Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi "Addım-addım Türkiyə" adlı sənədli filminin təqdimat mərasimi olub.

APA xəbər verir ki, təqdimat mərasimində ölkənin tanınmış mədəni-ictimai xadimləri, Milli Məclisin deputatları, digər dövlət və ictimai təşkilat nümayəndələri, həmçinin mərhum millət vəkilinin ailə üzvləri, media mənsubları iştirak edib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Qənirə Paşayevanın türk dünyası üçün əziz olmasını vurğulayıb.

"Qənirə xanım bu ssenari haqqında mənə danışmışdı. O, bütün Türkiyəni gəzmək istəyində idi və böyük bir qismini də gəzmişdi. Amma, təəssüflər olsun ki, bu gün bizim aramızda yoxdur. Qənirə xanımın siyasi görüşlərindən əlavə hər zaman jurnalistik baxışı da özünü hiss etdirirdi. Allah rəhmət eləsin".

Qənirə Paşayevanın əmisi, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev APA-ya açıqlamasında qardaşı qızı ilə bağlı xatirlərini bölüşüb.

"Qənirə Paşayeva dünyasını dəyişsə də, hər zaman bizimlədir. O, təzə-təzə tanınanda deyirdilər ki, Qəzənfər müəllimin qardaşı qızıdır. Amma son vaxtlarda isə tam əksi oldu, mənim haqqımda deyirdilər ki, Qənirə xanımın əmisidir. Allah ona rəhmət eləsin".

Filologiya elmləri doktoru, professor Nizami Cəfərov Qənirə Paşayevanın ölkəmiz və Türkiyə üçün, türk dünyası üçün fəaliyyətindən bəhs edib.

"Qənirə xanım hər zaman səmimi və ünsiyyətcil biri olub ki, bu həm də onun peşəsində özünü hiss etdirib.

Çıxışlar bitdikdən sonra film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR