Rasim Balayev: Şəfiqə Məmmədovanın namizədliyini geri götürməsini gözləmirdim, sağ olsun

Rasim Balayev: Şəfiqə Məmmədovanın namizədliyini geri götürməsini gözləmirdim, sağ olsun
# 05 mart 2024 13:48 (UTC +04:00)

“Şəfiqə Məmmədovanın namizədliyini geri götürməsini gözləmirdim, çox sağ olsun”.

APA xəbər verir ki, bunu yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev deyib.

"Təəssüf edirəm ki, ömrümün bu vədəsində, yaşlı vaxtımda kinomuz belə bir böhran yaşayır. Amma bizi yaşadan kinodur. Və biz o kinonu birliyimizlə yaşatmalıyıq. Baxın, mənim ayağımda hazırda problem var. Axsayıram. Bu zədə kinoda olub. Biz hamımız ömrümüzü kinoya qurban vermişik", - o deyib.

Xalq artisti ictimaiyyət arasında kinonun bugünkü durumu haqqında fikirlərin dolaşdığını qeyd edib: "Azərbaycan kinosu reanimasiyadadır. Diriltmək mümkündür onu. Buna mən inanıram. Hamımız inanmalıyıq. Azərbaycan kinosu tənəzzül edə bilər, olsun, amma əminəm ki, biz Azərbaycan kinosunu yenidən relsinə salacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR