Rusiyanın məşhur aktrisası vəfat edib

Anastasiya Voznesenskaya

© APA | Anastasiya Voznesenskaya

# 14 yanvar 2022 14:16 (UTC +04:00)

Moskva İncəsənət Teatrının aktrisası, Rusiya Federasiyasının xalq artisti, aktrisa Anastasiya Voznesenskaya vəfat edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, aktrisa bu gün 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Anastasiya Voznesenskaya 27 iyul 1943-cü ildə Moskvada anadan olub. 1965-ci ildə Moskva İncəsənət Teatr Məktəbini bitirib.
Aktrisa "Böyük qasırğa" və "Qaraj" kimi məşhur filmlərdə rol alıb. O həm də teatr aktrisası kimi tanınırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR