Bank Of Baku

Şəfiqə Məmmədova ARKİ-nin iclasını keçirib, yeni üzvlər qəbul edilib

ARKİ-də iclas

© APA | ARKİ-də iclas

# 08 iyul 2022 14:56 (UTC +04:00)

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) Katibliyinin geniş tərkibdə iclası keçirilib.

İttifaqın mətbuat xidmətindən APA-ya bildirilib ki, iclasda 2 avqust Milli Kino Günü və ARKİ – nin 10 illik yubileyi, kinonun bugünkü durumu haqqında, Zəfər Günü ilə bağlı tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

İttifaqın sədri, Xalq artisti Şəfiqə Məmmədova əlamətdar günlərlə bağlı görülən və görüləcək təşkilati işlər barədə məlumat verib. Daha sonra İttifaq tərəfindən hər il təqdim edilən Milli Kino Mükafatı və tanınmış kino xadimlərinin ARKİ tərəfindən fəxri adlara və mükafatlara təqdim olunması ilə bağlı məsələlər müzakirə olunub.

İclasın gedişində ARKİ-nin İdarə Heyətinin katibləri Oktay Mirqasım, Vaqif Mustafayev, Ayaz Salayev, Cəmil Quliyev, Müşfiq Hətəmov, Nəriman Məmmədov, Azər Quliyevin təklif və mülahizələri dinlənilib. Müzakirələrdə tanınmış kino xadimləri Rafiq Nəsirov, Rafiq Qəmbərov, Əbdül Mahmudov və Şamil Əliyev fəal iştirak ediblər.

Daha sonra iclasda veteran kino xadimləri, yubilyarların mükafatlandırılması məsələləri müzakirə edilib, ARKi-yə yeni üzvlər qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR