“Sehrli xalat”ın Rəşidi, aktyor Azər Qurbanov vəfat edib

“Sehrli xalat”ın Rəşidi, aktyor Azər Qurbanov vəfat edib
# 24 yanvar 2024 16:42 (UTC +04:00)

Aktyor Azər Qurbanov vəfat edib.

Bu barədə APA-ya ssenarist, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov məlumat verib.

“Biz Azər Qurbanovla “Facebook” vasitəsilə danışırdıq. Dünən gecə onun messengerindən oğlu mənə yazdı. Bildirdi ki, atası 1 ay əvvəl xəstəlikdən vəfat edib”, - Yusif Şeyxov deyib.

O, aktyorun uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyini vurğulayıb.

Qeyd edək ki, Azər Qurbanov daha çox “Sehrli xalat” filmindəki Rəşid rolu ilə məşhurdur.

Xatırladaq ki, Azər Qurbanov 1955-ci ildə Balakəndə anadan olub. O, “Odessa” kinostudiyasının istehsalı olan “Göy Quş”, “Hakim”, “Xarici Qadın”, “Külək” filmlərində də çəkilib. 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR