Rusiyanın Xalq artisti, “Şerlok Holms və Doktor Vatsonun macəraları” silsilə filmlərinin rejissoru İqor Maslennikov 91 yaşında vəfat edib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat verib.
İqor Maslennikov 1931-ci il oktyabrın 26-da Qorki (ind. Nijni Novqorod) şəhərində anadan olub.