Tanınmış italiyalı aktrisa Monika Vitti vəfat edib.
APA TASS-a istinadən xəbər verir ki, 90 yaşlı aktrisa bu gün dünyasını dəyişib. O, ağır genetik xəstəlik səbəbindən son 20 il ərzində ictimaiyyət arasında çıxmırdı.
Qeyd edək ki, əsl adı Mariya Luisa Çeçarelli olan aktrisa 1931-ci il noyabrın 3-də Romada doğulub.
Daha çox italiyalı rejissor Mikelancelo Antonioninin filmləri ilə məşhurlaşan aktrisa "Macəra" (1960), "Gecə (1961), "Alatoranlıq" (1962), "Qırmızı səhra" (1964), "Silahlı qız" (1968) kimi ekran işlərində rol alıb.