Bank Of Baku

Tanınmış qazaxıstanlı rejissor vəfat edib

Viktor Şalayev

© APA | Viktor Şalayev

# 03 fevral 2022 15:46 (UTC +04:00)

Qazaxıstan SSR-nin əməkdar artisti, Petropavlovsk şəhərinin fəxri vətəndaşı, N. Poqodin adına rayon Rus Dram Teatrının direktoru Viktor Qriqoryeviç Şalayev vəfat edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə teatrın rəsmi səhifəsində məlumat verilib.

Qeyd edək ki, Şalayev 1946-cı ildə Yaroslavl vilayətində anadan olub. 1968-ci ildə Qorki adına Teatr Məktəbini, sonra isə Karaqanda Dövlət Universitetini bitirib. O, Nijni Novqorod, Volqoqrad, Severodvinsk, Səmərqənd, Tümen kimi şəhərlərin teatrlarında çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR