Teatr və kino aktyoru, rejissor və yazıçı İqor İosifoviç Klass bu gün 83 yaşında vəfat edib.
APA TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Qeyd edək ki, İqor Klass 26 noyabr 1939-cu ildə Odessada anadan olub. O, 50-dən çox filmdə, o cümlədən “Leninin vəsiyyəti” televiziya serialında, “Moskva uğrunda döyüş” və “Xəzinə adası” filmində rol alıb.