Bank Of Baku

Tbilisidəki Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının inşasına yaxın vaxtlarda başlanılacaq - FOTO

Tbilisidəki Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının inşasına yaxın vaxtlarda başlanılacaq - FOTO
# 16 dekabr 2022 12:25 (UTC +04:00)

Gürcüstanın paytaxtında Heydər Əliyev adına Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının inşasına yaxın vaxtlarda başlanılması gözlənilir.

APA xəbər verir ki, teatr binasının Tbilisinin Ortaçala adlanan ərazisində, Azərbaycanın Gürcüstandakı səfirliyinin yaxınlığında tikilməsi planlaşdırılıb.

Layihəyə əsasən, mövcud torpaq sahəsində tikildiyi zaman teatrın ümumi ərazisi 2 566 kvadrat metr olacaq. Binanın sahəsi isə aşağı, birinci və ikinci mərtəbəsi ilə birlikdə 5 480 kvadrat metr təşkil edəcək. Layihəyə əsasən, aşağı mərtəbənin sahəsi 2 110 kvadrat metr, birinci mərtəbə 2110 kvadrat metr, 2-ci mərtəbə isə 1 260 kvadrat metr olacaq.

Yeni teatr binası inşa ediləcəyi torpaq sahəsində yerləşən tarixi binanın restavrasiyası və sahəsinin genişləndirilməsi hesabına tamamlanacaq.

Teatr binasının ümumi tamaşaçı tutumunun 256 nəfər olacağı bildirilib. Layihəyə tövsiyə olunan 999 kvadrat metr torpaq sahəsi də əlavə olunarsa, binanın ümumi sahəsi 2 573 kvadratmetrə, ümumi tamaşaçı tutumu isə 592 nəfərə çatdırılacaq.

APA teatr binasının konsept dizaynının görüntülərini təqdim edir:

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR