Bank Of Baku

Teatr Xadimləri İttifaqının qurultayının vaxtı açıqlanıb

Teatr Xadimləri İttifaqının qurultayının vaxtı açıqlanıb
# 22 dekabr 2023 11:48 (UTC +04:00)

Azərbaycan Teatr Xadimləri İttifaqının qurultayının gələn ilin oktyabrında olacağı gözlənilir.

Bunu APA-ya açıqlamasında hazırda İttifaqının sədrinin vəzifələrini icra edən Xalq artisti Hacı İsmayılov deyib.

Xalq artistinin sözlərinə görə, ehtiyac olduğu təqdirdə özü də namizəd ola bilər: "Bunu zaman göstərəcək".

Xatırladaq ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Azərpaşa Nemətov bu ilin 9 aprelində vəfat edib. İttifaqın nizamnaməsinə əsasən, İdarə Heyətinə sədr seçkisi 5 ildən bir keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR