UNESCO: Qəzzada 43 mədəni-tarixi abidəyə ziyan dəyib

UNESCO: Qəzzada 43 mədəni-tarixi abidəyə ziyan dəyib
# 10 aprel 2024 15:28 (UTC +04:00)

Ötən il oktyabrın 7-dən bu il aprelin 8-dək Qəzzada 43 mədəni-tarixi abidəyə ziyan dəyib.

APA xəbər verir ki, bu barədə UNESCO məlumat yayıb.

Qeyd olunub ki, ziyan dəyən obyektlərdən 10-u dini, 24-ü tarixi və ya memarlıq abidəsidir. Ziyan görən abidələr arasında 3 arxeoloji abidə də yer alır.

Məlumatda təhlillərin peyk çəkilişləri və təhlillər əsasında uzaqdan monitorinq vasitəsilə aparılaraq mədəni sərvətlərə dəyən zərərin ilkin qiymətləndirilməsini həyata keçirildiyi vurğulanıb.

“Hazırkı şəraitdə yerində qiymətləndirmə aparmaq mümkün deyil”, - UNESCO-nun məlumatında qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR