Bank Of Baku

Xalq artisti Fikrət Verdiyev dəfn edilib - FOTO - YENİLƏNİB

Xalq artisti Fikrət Verdiyev dəfn edilib - FOTO  - YENİLƏNİB
# 22 dekabr 2022 16:01 (UTC +04:00)

Xalq artisti Fikrət Verdiyev dəfn olunub.

APA xəbər verir ki, onunla Təzə Pir məscidində vida mərasimi keçirildikdən sonra "Qurd qapısı" qəbiristanlığına aparılıb və ailə məzarlığında dəfn olunub.

Dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak edib.

Qeyd edək ki, 75 yaşlı sənətkar dünən Gəncə şəhərində vəfat edib.

O, "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı olub.

***

14:19

Xalq artisti Fikrət Verdiyevlə vida mərasimi keçirilir.

APA xəbər verir ki, vida mərasimi Təzə Pir məscidində keçirilir.

Mərasimdə mərhumun ailə üzvləri və sənət dostları iştirak edir.

Həyat yoldaşı Bəyimxanım Verdiyeva Fikrət Verdiyevin sənətə bağlılığından danışıb: "O, 60 ilə yaxın Azərbaycan mədəniyyətinə xidmət edib. Onun ürəyi musiqi ilə döyünürdü. Mən arzu edirəm ki, yaratdığı kollektivə onun adı verilsin. Eyni zamanda, xəstə olduğu dönəmlərdə yanımızda olduqları üçün dövlətimizə və Heydər Əliyev Fonduna təşəkkür edirəm".

Xalq artisti tarzən Ramiz Quliyev mərhum sənətçinin vəfatını Azərbaycan mədəniyyəti adına itki adlandırıb: "Böyük dost, böyük sənəkar, böyük adam itirmişik biz. Amma mən bir şeydən əminəm ki, Fikrət daima yaşayacaq. Onun sənəti, onun sənətkarlığı daima yaşayacaq. Sentyabrda onun yubileyi keçiriləcəkdi, amma səhhəti ilə bağlı təxirə salındı. Biz onun yubileyinə aparmalı olduğumuz gül-çiçəyi bu gün dəfninə gətirmişik. Bu, çox kədərlidir".

Qedy edək ki, vida mərasimindən sonra Xalq artisti “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR