Xalq artisti Ramiz Məlik II Fəxri xiyabanda dəfn ediləcək - YENİLƏNİB

Xalq artisti Ramiz Məlik II Fəxri xiyabanda dəfn ediləcək - YENİLƏNİB
# 14 dekabr 2023 10:39 (UTC +04:00)

Xalq artisti Ramiz Məliklə vida mərasimi Heydər məscidində baş tutacaq.

Bu barədə APA-ya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib.

Vida mərasimi saat 13:00-da keçiriləcək.

Xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.

***

08:47

Xalq artisti Ramiz Məlik vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib.

O bu gün səhər saatlarında vəfat edib.

Mərhumla vida mərasiminin vaxtı və dəfn yeri haqqında məlumat veriləcək. Qeyd edək ki, Ramiz Məlik uzun müddət idi ki, onkoloji xəstəlikdən müalicə olunurdu.

Ramiz Məlik 4 avqust 1943-cü ildə Bakıda anadan olub.

1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb.

O tamaşaçıların xatirində Həsən Seyidbəylinin ekranlaşdırdığı "O qızı tapın" filimindəki Ziya obrazı ilə daha çox yadda qlıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR