Bank Of Baku

“5 polyak memarın 15 Bakı binası” kitab-albomu çap olunub - FOTO

“5 polyak memarın 15 Bakı binası” kitab-albomu çap olunub - <span style="color: red;">FOTO
# 29 yanvar 2013 13:56 (UTC +04:00)

Bakı – APA. Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Azərbaycan nümayəndə heyətinin yanvarın 30-dan fevralın 3-dək gerçəkləşəcək Polşa səfəri ərəfəsində yeni kitab-albom işıq üzü görüb.

 

APA-nın xəbərinə görə, Elxan Süleymanovun fərdi saytı tərəfindən hazırlanmış nəfis tərtibatlı “5 polyak memarın 15 Bakı binası” kitab-albomu Azərbaycan, polyak və ingilis dillərindədir.

 

Kitabda 1893-1913-cü illərdə görkəmli polyak memarları – Yuzef Qoslavski, Kazimir Skureviç, Yevgeni Skibinski, Yuzef Ploşko və Konstantin Borisoqlebski tərəfindən yaradılmış gözəl Bakı binalarından söhbət açılır.

 

Layihə Elxan Süleymanovun rəhbərliyi ilə həyata keçirilib. Buraxılışa məsul Fuad Babayevdir. Kitab-albomda Elçin T.Əliyevin, Fərid Xayrullinin, Mirnaib Həsənoğlunun və Polad Əsədovun fotoları yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR