Bank Of Baku

“Axınla aşağı” bədii filminin Avstriyada premyerası olub

“Axınla aşağı” bədii filminin Avstriyada premyerası olub
# 09 oktyabr 2015 09:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Axınla aşağı” bədii filminin Avstriyada premyerası keçirilib.

 

APA-nın məlumatına görə, film LET’S CEE Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunub.

 

Ekran əsərinin növbəti təqdimatı oktyabrın 9-da “Actors Studio” kinoteatrında keçiriləcək.

 

Festivalın müsabiqə proqramında yer alan digər Azərbaycan filmi “Nabat” isə oktyabrın 9-dan 11-dək “Urania Kino” və “Village Cinema” kinoteatrlarında nümayiş olunacaq.

 

Nümayişlərdə filmlərin yaradıcı heyəti iştirak edəcək. 

 

Qeyd edək ki, hər il Mərkəzi və Şərqi Avropanın yüksək bədii təsviri ilə seçilən filmlərinin yer aldığı festival oktyabrın 11-dək davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR